XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

10 Yanvar 2017 - 17:45

Tütündən istifadə hər il dünya iqtisadiyyatına bir trilyona başa gəlir

siqaret-300x225

Tütündən istifadə hər il dünya iqtisadiyyatına bir trilyon dollara başa gəlir.

«Reuters»in məlumatına görə, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın Milli Onkologiya İnstitutunun birgə hesabatında yer alıb.

Bu məbləğə istehsal qabiliyyətinin itirilməsinə görə və səhiyyəyə ayrılan xərclər daxildir.

Araşdırmaçılar tütün istifadəçiləri arasında ölüm hallarının 2030-cu ildə nəzərəçarpacaq dərəcədə – 6 milyondan 8 milyona yüksələcəyini bildirirlər.

Ölüm hallarının 80 faizi aşağı və orta gəlirli ölkələrin payına düşəcək.

Hesabatda bildirilir ki, dünyada tütün istifadəçilərinin sayı artmaqda davam edir. Hökumətlər isə problemlə mübarizədə fəallıq göstərmirlər.

Gültəkin



Oxşar Yazılar